700 bar Fontan armaturu alt gövdə yığımı AF6-80/50×70
AF6-80/50×70 fontan quyu ağzı armaturu quyu ağzının hermetikliyinin təmin edilməsi, hasil olunan mühitin tələb olunan istiqamətdə ötürülməsi, onun sərfiyyat və təzyiq üzrə tənzimlənməsi və nəzarətdə saxlanılması, quyudaxili avadanlıqla birlikdə NKB qaldırıcı kolonnasının asılması, quyuya işçi mayenin vurulması və işçi mayenin quyuya vurulma rejiminə nəzarət edilməsi üçün nəzərdə tutulmuşdur. Armaturun kütlə və qabarit ölçülərinin azaldılması quyuya texniki xidməti asanlaşdırır və xüsusilə hasilat həcminin az olduğu hallarda mühüm əhəmiyyət daşıyan donma ehtimalını azaldır. Təzyiq: 700 bar Lülənin şərti keçidi: 80 mm Yan çıxışların şərti keçidi: 50mm